
AFFA rəsmisi Çempionlar Liqası matçına təyinat alıb
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib.
Bu barədə Komanda.az-a qurumun mətbuat xidmətindən bildirilib.
O, UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən “Eagles Nest Stadium”da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



