
“Latsio”nun qapıçısı narazıdır
Yunanıstanlı qapıçı Xristos Mandas qış transfer pəncərəsində “Latsio”nu tərk edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
23 yaşlı qolkiper Roma komandasındakı mövqeyindən narazıdır və karyerasını İngiltərədə davam etdirmə ehtimalı var. Onunla “Vulverhempton” maraqlanır.
Mandasın “Latsio” ilə müqaviləsinin müddəti daha 4 il qüvvədədir. O, ötən mövsüm İtaliya klubunun heyətində 20 oyun keçirib, 18 top buraxıb və 4 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



