“Real” yenə narazıdır

İspaniyada bu yay hakimlik sistemi yenidən qurulsa da, “Real” rəhbərliyi qərarlardan narazılığını davam etdirir.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin bir neçə qolunun son oyunlarda ləğv olunması rəhbərlikdə ciddi narazılıq yaradıb.

“Real” hesab edir ki, əksinə, əsas rəqibləri – “Barselona” və “Atletiko” VAR qərarlarından faydalanıblar. Klubdaxili mənbə isə zamanla bu gərginliyin azalacağına ümid etdiyini bildirib.

Maraqlı məqam odur ki, ötən mövsümdən bəri Avropanın Top-5 liqaları arasında ən çox qolu VAR tərəfindən ləğv edilən klub məhz “Real”dır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button