Konfrans Liqası: “Sabah”ın oyunu üçün biletlər satışa çıxarılıb

Bolqarıstanda “Levski” (Sofiya) və “Sabah” arasında keçiriləcək UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə meydan sahiblərinin mətbuat xidməti məlumat yayıb.

Qiymətlər sektoralara uyğun olaraq 27 – 170 lev (26-168 manat) arasıdır.

Avqustun 1-dən 3-dək, bazar günü daxil olmaqla yalnız 2025/2026 mövsümü üçün platin üzvlik kartları olanlar biletləri əldə edə biləcəklər. Avqustun 4-də isə qızıl üzvlük kartlarına sahib olanlara satılacaq. Növbəti gün isə istənilən şəxs bilet əldə edə biləcək.

Avqustun 7-də Sofiyada keçiriləcək “Levski” – “Sabah” oyunu saat 22:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button