“Real”ın müraciəti rədd edilib

“Real” İspaniya La Liqasının 1-ci turunda “Osasuna”ya qarşı keçirəcəyi oyunun tarixinin dəyişdirilməsini tələb etsə də, bu müraciət rədd edilib.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

“Real”ın istəyi yay istirahətinin və hazırlıq mərhələsinin Klublararası dünya çempionatındakı çıxışı səbəbilə gecikməsi ilə əlaqədar olub. Ancaq İspaniya Kral Futbol Federasiyasının rəhbəri Madrid klubunun kifayət qədər qeydiyyatdan keçmiş oyunçuya malik olduğunu və La Liqanın minimum 21 günlük məzuniyyət qaydasına əməl etdiyini əsas gətirərək təxirəsalmaya icazə verməyib.

Nəticədə, “Real” – “Osasuna” qarşılaşması əvvəlcədən planlaşdırıldığı kimi, avqustun 19-da baş tutacaq. Yeni mövsümdə komandaya rəhbərlik edəcək Xabi Alonsoya isə 15 günlük hazırlıq müddəti qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button