
“Sabah” bu gün Avropa Liqasında ilk matçına çıxacaq
“Sabah” bu gün UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi Sloveniyanın “Çelye” komandası ilə üz-üzə gələcək.
“Bank Respublika Arena”da keçiriləcək oyun saat 20:00-da start götürəcək.
Komandalar arasında cavab matçı iyulun 17-də Sloveniyada keçiriləcək.
UEFA Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
10 iyul
20:00. Sabah – Çelye (Sloveniya)
Baş hakim: Daniyar Saxi (Qazaxıstan)
“Bank Respublika Arena”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin