
“Mançester Yunayted” braziliyalı qapıçını izləyir
“Mançester Yunayted” “Botafoqo”nun braziliyalı qapıçısı Con Viktorla maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın nümayəndəsi bu yaxınlarda keçirilən “Botafoqo” – “Palmeyras” matçında Con Viktorun oyununu izləyib.
“Transfermarkt” portalı 29 yaşlı qolkiperin dəyərini 8 milyon avro qiymətləndirir. O, 2023-cü ildə İspaniyanın “Valladolid” klubunda icarə əsasında oynayıb.
Hazırda “Mançester Yunayted”də əsas qapıçı vəzifəsini yerinə yetirən Andre Onana səhvlərə görə tənqid olunur. Buna görə də, klub yeni qapıçı axtarışındadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



