Azərbaycan Premyer Liqası: 3-cü turun oyunlarının təyinatlarında dəyişiklik
Azərbaycan Premyer Liqasının 3-cü turunda oynanılacaq bəzi görüşlərin təyinatlarında dəyişikliklər edilib.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin qərarlarına əsasən, aşağıdakı oyunların təyinatlarında dəyişiklik olub:
“Qəbələ” – “Keşlə” görüşündə Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edəcək.
“Neftçi” – “Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev yox, Rauf Allahverdiyev olacaq.
“Səbail” – “Qarabağ” görüşünün 4-cü hakimi Rəhim Həsənov yox, Fərid Hacıyev olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin