Azərbaycan Asiya kubokunda 4 cüdoçu ilə təmsil olunacaq

İyulun 3-4-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək yeniyetmələr arasında Asiya kubokunda Azərbaycanı dörd cüdoçu təmsil edəcək.

Bu barədə Komanda.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xibmətindən məlumat verilib.

Qızlardan Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (52 kq), oğlanlardan Nicat Şıxızadə (60 kq) və İlkin Qarayev (66 kq) tatamiyə çıxacaqlar.

Onlar ACF prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında yarışa qatılacaqlar.

Turnirdə 10 ölkədən 459 idmançı qüvvəsini sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button