
Mərakeşli futbolçu “Sabah”dan getdi – Rəsmi
“Sabah” müdafiəçi Sofian Çakla ilə yolları ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli futbolçunun mövsümün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.
Çakla 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



