
Azərbaycan güləşçiləri İrandan beş medalla qayıdır
Azərbaycanın 20 yaşadək sərbəst güləşçiləri İranın Behşehr şəhərində keçirilmiş “Necad Haşimi kuboku” turnirini beş medalla başa vurublar.
Bu barədə Komanda.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışın ikinci günündə Azərbaycanın U-20 yığmasının daha üç üzvü fəxri kürsüyə qalxıb.
Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) gümüş, Nurlan Ağazadə (70 kq) isə bürünc mükafata sahib çıxıb.
7 ölkənin təmsil olunduğu turnirdə komanda hesabında İran birinci, Hindistan ikinci, Azərbaycan isə üçüncü yeri tutub.
İlk yarış günündə Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



