
Avropa çempionatı: Azərbaycanlı cüdoçu “bürünc” qazana bilər
Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, o, təsəlliverici görüşdə milli komandanın digər üzvü Turan Bayramovu məğlub edib.
Bu gün tatamiyə çıxan Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) əvvəlki raundlarda uduzaraq medal şanslarını itiriblər.
Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin, qarışıq komanda yarışında mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



