Tanınmış agent “Barselona”nın transfer siyasətini tənqid etdi

Futbol agenti Andre Kyuri “Barselona”nın transferləri barədə fikirlərini bölüşüb.

Komanda.az AS-a istindaən xəbər verir ki, o, kataloniyalıların transfer siyasətini tənqid edib:

“Osman Dembele, Koutinyo və Antuan Qrizmann kluba təxminən 450 milyon avroya başa gəldi. Neymar isə 222 milyon avroya satıldı. Bu üçlüyə ödənilən pullara baxsaq, ehtimal ki, Neymarın maaşını artırmaq daha ağıllı olardı”.

Həmçinin, Kyuri “Barselona”nın öz oyunçularını düzgün şəkildə sataraq yaxşı gəlir əldə etməməsini tənqid edib və buna misal olaraq “Atletiko”ya keçən Luis Suaresi göstərib. Belə ki, Suares Kataloniya klubundan ayrıldıqdan sonra da ödənişlər alıb.

“Transfermarkt” portalının məlumatına görə, “Barselona” son 10 ildə oyunçu alışına 1,43 milyard avro xərcləyib, amma futbolçu satışlarından 1,07 milyard avro qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button