“Barselona”da Levandovski şoku

“Barselona”da ciddi itki baş verib.

Komanda.az xəbər verir ki, Kataloniya klubunun hücumçusu Robert Levandovski sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Polşalı forvard üç həftə yaşıl meydanlardan uzaq qalacaq. O, bu müddətdə komandanın vacib oyunlarını buraxmalı olacaq.

36 yaşlı futbolçu İspaniya kubokunun “Real”la final görüşündə (26 aprel) və “İnter”lə Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında (30 aprel) komandaya kömək edə bilməyəcək.

Polşa millisinin üzvü bu mövsüm “Barsa” ilə meydana çıxdığı 48 rəsmi matçda 40 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button