
“Barselona”nın futbolçularına kubok qadağası
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik qazanarlarsa, futbolçularına İspaniya kubokunda qələbəni qeyd etməyi qadağan etmək qərarına gəlib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, bu qərarın səbəbi İspaniya kubokunun finalından cəmi bir neçə gün sonra kataloniyalıların Çempionlar Liqasında “İnter”lə qarşılaşmalı olmasıdır.
“Barselona” ölkə kubokunun finalında “Real”la qarşılaşacaq. Komandalar arasında görüş aprelin 26-da keçiriləcək. Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” – “İnter” oyunu isə aprelin 30-da olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



