
“Barselona”nın oyununa ən ucuz biletin qiyməti 250 avro olacaq!
“Barselona” mayın 11-də öz meydanında “Real”la qarşılaşacaq. Bu matç La Liqa çempionluğu uğrunda mübarizə baxımından son dərəcə vacib ola bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “el-klasiko”ya bilet satışı ilə bağlı ilk məlumat bir gün əvvəl daxil olub.
Mövsümün ikinci yarısının əsas oyununa ən ucuz biletlərin qiyməti 250 avro olacaq. Ancaq bu, “arxa qalereya”dır. Tribunaların mərkəzi hissəsində daha prestijli biletlər 750 avroya satılacaq. Nəhayət, VİP sektorda biletlərin hər birinin qiyməti 4900 avroya qədər olacaq.
Hazırda “Barselona”nın 70, “Real”ın 66 xalı var. Komandalar La Liqanın turnir cədvəlində müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



