Ter Ştegen: “İndi istədiyim yeganə şey…”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Voyçex Şesnının onu turnirin qalan hissəsində qeydiyyatdan keçirmək üçün UEFA Çempionlar Liqası matçlarından kənarlaşdırıla biləcəyi ilə bağlı yayılan xəbərlərə geniş şərh verməyib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı qolkiper belə şeylər haqqında danışacaq durumda olmadıqlarını deyib:

“Bu, tamam başqa sualdır, elə deyilmi? Biz belə şeylər haqqında danışacaq durumda deyilik. İndi istədiyim yeganə şey komandanın eyni ruhda davam etməsi və növbəti matçlarda qalib gəlməsidir. Ümid edirəm ki, o, bu mövsüm böyük uğurlarla yadda qalacaq”.

Ter Ştegen dizindən aldığı ciddi zədə səbəbindən ötən ilin oktyabrdan bəri meydanlardan kənar qalıb. Hazırda “Barselona”nın əsas qapıçısı polşalı futbolçu Şesnıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button