
“Qələbənin dadı çox xoşdur”
“Barselona”nın hücumçusu Ferran Torres İspaniya kubokunun finalında “Real”la qarşıdakı oyundan danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu özlərini favorit kimi hiss etdiklərini söyləyib:
“Qələbənin dadı çox xoşdur. Biz indi finaldayıq. İçimizdə özümüzü favorit kimi hiss edirik, amma rahatlaşa bilmirik. Diqqətimizi cəmləməliyik, sonra hər şey yaxşı olacaq”.
“Barselona” ölkə kubokunun yarımfinalında “Atletiko”ya ümumi 5:4 hesabı ilə qalib gələrək, finala çıxıb. Komanda finalda “Real”la qarşılaşacaq. Bu qarşılaşma aprelin 26-da Sevilyadakı stadionda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



