
Ter Ştegenin finalda oynamaq arzusu
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen UEFA Çempionlar Liqasının finalında meydana çıxmaq arzusundadır.
Almaniyalı qolkiper keçən ilin sentyabrından ciddi diz zədəsi ilə sıradan çıxıb, yalnız mayda tam sağalması gözlənilir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Barsa” bu mərhələyə qədər mübarizədən kənarlaşdırılmasa, Ter Ştegen Çempionlar Liqasının finalında oynamaq niyyətindədir.
Çempionlar Liqasının final matçı mayın 31-də, Münhendəki “Allyanz Arena”da keçiriləcək. “Barselona” Çempionlar Liqasının 1/4 finalında Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Oyunlar aprelin 9-na və 15-nə təyin edilib. Matçın qalibi yarımfinalda “Bayern” və ya “İnter”lə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin