
“Neftçi”nin 3 futbolçusu “Kəpəz”lə matçı buraxacaq
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”lə qarşılaşacaq “Neftçi”nin üç futbolçusu meydana çıxa bilməyəcək.
Komanda.az kluba istinadən xəbər verir ki, zədələrini sağaldandan sonra hələ də tam hazır olmayan Andrey Ştoqrin və Rafael Quzzo, həmçininz səhhətində problem yaranan Robert Bauer “ağ-qaralar”a kömək edə bilməyəcəklər.
Fevralın 28-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 19:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin