
Qvardiola: “Bəxtim gətirdi ki, Messi komandamda oynadı”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə “Barselona”da çalışdığı zamanı xatırladıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmin zamanın əla keçdiyini bildirib:
“Karyeramda bəxtim gətirdi ki, Messi mənim komandamda oynadı. Bir neçə il birlikdə işlədik. Əla vaxt idi”.
“Barselona” Messi və Qvardiola ilə iki dəfə Çempionlar Liqasının qalibi olub və üç dəfə İspaniya çempionluğunu qazanıb.
54 yaşlı məşqçi 2016-cı ilin yayından “Mançester Siti”də çalışır. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin iyunun sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin