
“Borussiya”dan darmadağın, “Bayer”dən inamlı qələbə
Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün 5 oyun baş tutub.
“Volfsburq” – “Boxum” matçında qalib müəyyənləşməyib. Mönhenqladbax “Borussiya”sı evdə “Auqsburq”a uduzub. “Holştayn”ın qonağı olan “Bayer” inamlı qələbəyə sevinib. “Maynts” evdə “Sankt Pauli”yə qalib gəlibsə, Dortmund “Borussiya”sı “Union Berlin”i böyük hesabla yenib.
Almaniya Bundesliqası
23-cü tur
21 fevral
Frayburq – Verder 5:0
Qollar: Sildilya, 15. Qrifo, 33; 57. Doan, 76; 90+2.
22 fevral
Borussiya (Mönhenqladbax) – Auqsburq 0:3
Qollar: Klod-Maurise, 55; 61; 70.
Holştayn – Bayer 0:2
Qollar: Şik, 9. A.Adli, 45.
Maynts – Sankt Pauli 2:0
Qollar: Li, 67. Nebel, 90+5.
Volfsburq – Boxum 1:1
Qollar: Svanberq, 81 – Masoviç, 50.
Borussiya (Dortmund) – Union Berlin 6:0
Qollar: D.Leyte, 25-öz qapısına. Girassi, 40; 75; 80; 83. Bayer, 89.
23 fevral
18:30. Leypsiq – Haydenhaym
20:30. Bayern – Ayntraxt
22:30. Hoffenhaym – Ştutqart
Bizi Facebook-da izləyin