“Bu matç bizim üçün göstərici ola bilməz”
“Gəncə”nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının 11-ci turunda “Lənkəran”la görüşdən (79:66) sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Komanda.az xəbər verir ki, mütəxəssis çatışmazlıqları aradan qaldırmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:
“Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq. Rotasiya edib oynadıq. Rəqibimizi oyuna görə təbrik edirəm. Bu matç bizim üçün göstərici ola bilməz. Sondan əvvəlki dövrənin ilk görüşü idi. Qarşıda daha 9 oyun var. Çatışmazlıqları aradan qaldırıb mübarizəni ən yaxşı şəkildə sürdürmək üçün əlimizdən gələni edəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin