“Heyətin kasadlığı öz sözünü dedi”
“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının 11-ci turunda “Şəki” ilə matçdan (56:78) sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, məşqçi heyətdə itkilər olduğunu deyib:
“Əvvəlki oyunlardakı ssenari yenə davam etdi. Heyətdə itkilərimiz var idi. Zaur Paşayev sağalmamışdı. Onun oynamaması komandanın yarısının olmaması deməkdir. Buna baxmayaraq, oyunçular sona qədər mübarizə apardılar. Yeni transferimiz Jalen Reynoldsun tibbi müayinədən keçmək üçün özünü çatdıra bilməməsi işimizi bir az çətinləşdirdi. Növbəti oyunumuz “Gəncə”yə qarşıdır. Bu matça qələbə üçün çıxacağıq. O vaxta Zaur da sağalar, Jalen də oyuna çıxa bilər. Yəqin ki, tam başqa oyun olacaq. Nə ” Gəncə”, nə də “Şəki” qalib gələ bilməyəcəyimiz komandalar deyil. Bunu üç hissə göstərdik. Sadəcə heyətin kasadlığı öz sözünü dedi”.
Bizi Facebook-da izləyin