DÇ-2026-nın püşkü atıldı – QRUPLAR

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində baş tutub.

Qruplardakı ilk komandaların adları Millətlər Liqasında pley-off mərhələsinin oyunlarından sonra dəqiqləşəcək.

A qrupu: Almaniya/İtaliya cütünün qalibi, Slovakiya, Şimali İrlandiya, Lüksemburq
B qrupu: İsveçrə, İsveç, Sloveniya, Kosovo,
C qrupu: Portuqaliya/Danimarka cütünün məğlubu, Yunanıstan, Şotlandiya, Belarus
D qrupu: Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna, İslandiya, Azərbaycan
E qrupu: İspaniya/Niderland cütünün qalibi, Türkiyə, Gürcüstan, Bolqarıstan
F qrupu: Portuqaliya/Danimarka cütünün qalibi, Macarıstan, İrlandiya, Ermənistan
G qrupu: İspaniya/Niderland cütünün məğlubu, Polşa, Finlandiya, Litva, Malta
H qrupu: Avstriya, Rumıniya, Bosniya və Herseqovina, Kipr, San-Marino
I qrupu: Almaniya/İtaliya cütünün məğlubu, Norveç, İsrail, Estoniya, Moldova
J qrupu: Belçika, Uels, Şimali Makedoniya, Qazaxıstan, Lixtenşteyn
K qrupu: İngiltərə, Serbiya, Albaniya, Latviya, Andorra
L qrupu: Fransa/Xorvatiya cütünün məğlubu, Çexiya, Monteneqro, Farer adaları, Cəbəllütariq

Seçmə mərhələnin matçları 2025-ci ilin martında start götürəcək. Dörd və beş komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yeri tutanlar pley-offda iştirak hüququ qazanacaqlar.

2026-cı ildə Kanada, Meksika və ABŞ-də təşkil olunacaq dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button