Biabırçılıq: AFFA oyuna hakim təyin etməyi unutdu!

AFFA-nın təşkil etdiyi U-15 liqasında qəribə hal yaşanıb.

Komanda.az xəbər verir ki, AFFA EFA – “Qəbələ” oyununa hakim təyin etməyi unudub.

Bu barədə “Qəbələ” Futbol Akademiyasının keçmiş əməkdaşı Namiq Hacızadə sosial şəbəkə hesabında məlumat yayıb:

“Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futbolun nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız saat 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button