“Yəqin ki, 6 yarımmüdafiəçi ilə oynamağa davam edəcəyik” – Flik
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqada “Espanyol” üzərində qələbəni (3:1) şərh edib.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı derbinin həmişə çətin keçdiyini bildirib:
“Derbi həmişə çətin keçir. Birinci hissədə komanda yüksək səviyyəli oyun nümayiş etdirdi, amma ikinci yarıda öyrəşdiyimiz qədər yaxşı oynamadıq. Çoxlu qol epizodları itirdik və bu, “Espanyol”un oyununu yaxşılaşdıra bilməsinin səbəblərindən biridir.
Adətən oyunçular çox diqqətli olurlar, amma ikinci hissədə bu belə olmadı. La Masiadan olan uşaqlar əla iş görürlər. Məşqçi kimi bəzən fikir verirəm ki, konsentrasiya itəndə diqqətsizlik baş verir və bunun üzərində işləmək lazımdır. Amma ən önəmlisi odur ki, 3:1 hesabı ilə qalib gəldik. İkinci hissədə kifayət qədər təzyiq olmadığından, bizim üçün daha çətin oldu. Ancaq bu bizim oyun üslubumuzdur.
Yəqin ki, 6 yarımmüdafiəçi ilə oynamağa davam edəcəyik. Biz çox şadıq ki, hamı geri qayıdır. Biz onların qayğısına qalmalıyıq.
Dani Olmonun iki qol vurmasına şadam, bu, çox vacib idi. Zədədən sonra Qavinin start heyətinə düşə bilməsi üçün tədricən oyuna daxil olması vacibdir”.
Bizi Facebook-da izləyin