“Sabah Azərbaycan qadın futbolu üçün çox önəmli oyun olacaq”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın saytına açıqlamasında Avropa çempionatının pley-off mərhələsində oktyabrın 25-də, “Liv Bona Dea Arena”da Portuqaliya yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, o, bunları söyləyib:

“Sabah Azərbaycan qadın futbolu üçün çox önəmli oyun olacaq. Çünki A millimiz tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinə yüksəlmək üçün isə iki rəqibi keçmək lazımdır. Portuqaliya çox güclü futbolçulardan qurulan komandadır. Qrup mərhələsindəki oyunları və nəticələri bunun sübutudur. Bu səbəbdən matçda maksimum gücümüzü ortaya qoymalıyıq. İlk dəqiqədən hakimin son fitinə qədər diqqətli olmaq vacibdir. Çünki Portuqaliya adi səhvdən belə, yararlanmağı bacaran rəqibdir. İstədiyimiz nəticəni əldə etmək üçün meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq. Qızların uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərinə inanıram”.

Azərbaycan – Portuqaliya matçı saat 16:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button