Təcavüzdə ittiham olunan Mbappe ilə bağlı araşdırma başlayıb

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe təcavüzdə ittiham olunur.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, prokurorluq rəsmi mətbuat şərhində Mbappenin adını çəkməsə də, İsveçdə araşdırma başladılıb. Fransalı futbolçuya “əsaslı şübhəli” statusu verilib və növbəti addım onun dindirilməsi olacaq. Aydındır ki, 25 yaşlı forvard tezliklə müvafiq çağırış alacaq.

Mbappe və naməlum qızla bağlı iddia edilən insident ötən həftə İsveçdə – Stokholmda baş verib. “Real”ın hücumçusu orada asudə vaxtını keçirirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button