“Liverpul” Salahı əvəz edəcək oyunçunu tapıb

Məhəmməd Salahın “Liverpul”la hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir. Ola bilsin ki, misirli hücumçu gələn yay komandasını dəyişsin.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Salahın adı Səudiyyə Ərəbistanı çempionatı ilə əlaqələndirilir.

“Liverpul” onun yerinə Dortmund “Borussiya”sından Kərim Adeyemini düşünür. İngiltərə Premyer Liqası klubu 22 yaşlı futbolçu üçün 50 milyon avro təklif etməyə hazırdır.

Adeyemi ötən gün UEFA Çempionlar Liqasının “Seltik”lə oyununda parlaq çıxışla yadda qalıb. O, bu turnirdə həftənin oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button