“Ümid edirəm ki, yenidən finala yüksələ biləcəyik” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının bu mövsüm Çempionlar Liqasının qalibi olmaq şanslarını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Ötən mövsüm Çempionlar Liqasını qazanmağımız bu mövsüm yenidən favorit olacağımız anlamına gəlmir. Bu, yeni kampaniyadır. Ümid edirəm ki, yenidən finala yüksələ biləcəyik”.

Son Çempionlar Liqasının finalında “Real” Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlib. Madrid klubunun qollarını Vinisius Junior və Daniel Karvahal vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button