Flik: “Olmo çox yaxşı idi”
“Barselona” İspaniya çempionatının 3-cü turunda qalib gəlsə də, qələbə onlar üçün asan olmayıb. Belə ki, komanda ilk yarıda məğlub olsa da, fasilədən sonra əzmkarlıq göstərərək iki qol vurub və qələbə qazanıb.
“Barselona”ya yeni qoşulmuş Dani Olmo “Raya Valyekano” ilə matçda ilk qolunu vurub.
Komanda.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Barsa”nın baş məşqçisi Hans-Diter Flik onun oyununu belə şərh edib:
“Olmo çox yaxşı idi, gözlədiyimizi etdi. O, kombinasiyalı oyunu təkmilləşdirməyə kömək edir”.
Üç turdan sonra “Barselona”nın 9 xalı var və La Liqada turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin