“Roma” Dibala ilə vidalaşmaq istəyir – Səbəb…

Hücumçu Paulo Dibalanın “Roma”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu Səudiyyə Ərəbistanı klubu “Əl-Kadisiyyə”dən sərfəli təklif alsa da, razılaşmağa tələsmir. “Roma” Dibalanı satmaq istəyir və futbolçunun qərarını yenidən nəzərdən keçirməsini gözləyir.

Cari mövsümün əvvəlindən “Roma”da Dibalanın maaşı ildə 7 milyon avroya yüksəlib və o, bu mövsümün 15 matçında meydanda ən azı 45 dəqiqə keçirsə, o zaman onun müqaviləsi eyni şərtlərlə avtomatik olaraq 2026-cı ilə qədər uzadılacaq.

“Roma” maliyyə çətinliyi səbəbindən Dibalanı indi satmağa üstünlük verir. Klubun rəhbərliyi dünya çempionunu 15 milyon avroya “Əl-Kadisiyyə”yə buraxmağa hazırdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button