10 ilədək həbs gözləyir – Yamalın atasını bıçaqlayanı

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamalın atası Munir Nasraoui xəstəxanadan evə buraxılıb.

Komanda.az xəbər verir ki bu barədə “Marca” nəşri məlumat yayıb.

Avqustun 14-də futbolçunun atasının bıçaqlanaraq ağır vəziyyətdə olduğu məlum olub. Bildirilib ki, o, Barselona əyalətinin bir hissəsi olan Mataro şəhərində avtoparkda hücuma məruz qalıb.

Polisin yaxaladığı təqsirləndirilən şəxslərdən üçü buraxılıb, biri hələ də həbsdədir. Şübhəli şəxsi adam öldürməyə cəhd və hücuma görə 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button