Yamalın atası bıçaqlanıb

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamalın atası Munir Nazraui xəstəxanadadır, o, bıçaq yarası ilə ağır vəziyyətdədir.

Komanda.az “La Vanguardia”-ya istinadən xəbər verir ki, Mataro şəhərində naməlum şəxs avtomobil dayanacağında Nazrauiyə hücum edib. O, San Ruti xəstəxanasına aparılıb.

Polis hadisəni araşdırır və artıq şahidlər tapıb. Lakin hazırda “Barselona”nın futbolçusunun atasına hücumun hansı şəraitdə baş verdiyi məlum deyil.

Lamin Yamal “Barselona”nın məzunudur. 17 yaşlı futbolçu İspaniya və Avropa çempionudur. İspaniya millisinin üzvü AÇ-2024-də turnirin ən yaxşı gənc oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button