Eddi İsrafilovun yeni klubu açıqlandı
“Neftçi”dən ayrılan Azərbaycan millisinin üzvü Eddi İsrafilovun yeni klubu bəlli olub.
Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Malayziyanın “Cohor Darul Takzim” klubunda davam etdirəcək.
Malayziyanın yüksək liqasında çıxış edən klub Eddi ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.
İsrafilov 2022-2024-cü illərdə “Neftçi”də çıxış edib və 71 rəsmi matçda 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin