Qvardiola “Milan”a məğlubiyyətdən danışdı
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yoxlama görüşündə “Milan”a 2:3 hesablı məğlubiyyəti şərh edib.
Komanda.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı komandasının “Seltik”lə əvvəlki matçdan daha yaxşı oynadığını bildirib:
“Komanda “Seltik”lə əvvəlki matçdan daha yaxşı oynadı. Ümumiyyətlə, hər şey pis deyildi, Çempionlar Liqasının iştirakçısına qarşı yaxşı oyun göstərdik. Komanda daha bir sınaqdan keçib və indi “Barselona” ilə oyuna yollanır”.
“Mançester Siti” avqustun 10-da İngiltərə superkuboku uğrunda görüşdə “Mançester Yunayted”lə üz-üzə gələcək. Qarşılaşma “Uembli”də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin