MS futbolçusunu yenə icarəyə göndərə bilər
Kalvin Fillips yay transfer pəncərəsində “Mançester Siti”ni tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun xidmətində “Aston Villa” maraqlıdır. Klub növbəti mövsüm onu icarəyə götürmək üçün “şəhərlilər”ə təkliflə çıxış edib.
Fillips sabit oyun təcrübəsi əldə etmək üçün komandasını dəyişməyin əleyhinə deyil.
28 yaşlı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında “Vest Hem”də çıxış edib, 20 oyun keçirib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin