Qvardioladan gələcəyi ilə bağlı açıqlama
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı fikirlərini bolüşüb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bu işdən ilk vaxtlardakı qədər həzz aldığını bildirib:
“Etdiyiniz işi sevirsizsə, niyə dayanırsız? Bu işdən ilk vaxtlardakı qədər həzz alıram. Odur ki, davam edək”.
Qvardiolanın sözlərinə görə, o, “Mançester Siti” ilə müqaviləsini uzada bilər. Eyni zamanda, bu yaxınlarda onun adı İngiltərə millisi ilə yanaşı hallanırdı.
İspaniyalı mütəxəssisin İngiltərə çempionu ilə hazırkı müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin