Tuxel: “Bu, tamamilə lazımsız məğlubiyyətdir”

“Bayern”in baş məşqçisi Tomas Tuxel Bundesliqanın 34-cü turunda səfərdə “Hoffenhaym”a 2:4 hesablı məğlubiyyəti şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq çox səhv etdiklərini söyləyib:

“Komanda oyuna əla başladı, lakin bundan sonra fərdi səhvlər oldu. Fasilədən sonra vəziyyət təkrarlandı. Başlanğıcda yaxşı oynadıq, amma sonra yenə səhvlər etməyə başladıq. Oyunçular topu çox itirdi, bu da rəqibin oyuna qayıtmasına kömək etdi. Qol buraxdığımız hər an müdafiəmiz uğursuz çıxış edirdi. Sonda məğlub olduq. Bu, tamamilə lazımsız məğlubiyyətdir”.

“Bayern” bu mövsümü Bundesliqada üçüncü yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button