Tanınmış futbolçu aliment ödəmədiyi üçün həbs olunub

“Mançester Siti”nin və Braziliya millisinin keçmiş futbolçusu Joao Alveş (Jo) polis tərəfindən saxlanılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu aliment ödəmədiyi üçün həbs olunub.

Alveş hazırda Braziliyanın aşağı liqa komandası olan “Amazonas”ın formasını geyinir. 2024-cü ilin əvvəlində sözügedən kluba transfer olunan futbolçu 6 oyunda meydana çıxıb və 1 qol vurub.

Joao Alveş karyerası ərzində ÇSKA (Moskva), “Everton” və “Qalatasaray” kimi kubların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button