MY “Qalatasaray”ın futbolçusunu almaq istəyir
“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaza transfer bazarında tələbat var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin bir necə klubu futbolçunu transfer etməkdə maraqlıdır. Söhbət “Mançester Yunayted”, “Tottenhem”, “Brayton” və “Aston Villa”dan gedir.
23 yaşlı yarımmüdafiəçi bu mövsüm 51 matçda iştirak edib, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin