“Bu günü tamam başqa cür planlaşdırmışdıq” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 33-cü turunun “Kristal Pelas”la ev oyunu (0:1) haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının çıxışını dəyərləndirib:
“Oyunda düzgün qarşılıq verdik, təslim olmadıq. Uşaqlar çox çalışdılar, amma sonda kifayət etmədi, bunu etiraf etməliyik. Qalib gələndə bir çox izahat tapırsan: “Əla idi, əla idi”. Uduzanda bunları tapmaq o qədər də asan deyil.
Həll yolu həmişə meydanda bir yerdə olmağımızdır. Çox çətin vəziyyətdə oyunçularım bacardıqlarını göstərdilər və bu yaxşı idi. Amma yenə də kifayət qədər yaxşı deyil, çünki matçı uduzmuşuq. Bu günü tamam başqa cür planlaşdırmışdıq. Ancaq uduzduq və dediyim kimi, bununla razılaşmalıyıq”.
“Mançester Siti” 73 xalla Premyer Liqa turnir cədvəlinə başçılıq edir. “Arsenal” 71 xalla ikinci yerdədir. Üçüncü yerdə 71 xal toplayan, lakin əlavə göstəricilərə görə geridə qalan “Liverpul” qərarlaşıb.
Bizi Facebook-da izləyin