“Salah bəzən topu o qədər də yaxşı idarə etmir” – Keçmiş futbolçu

“Liverpul”un keçmiş futbolçusu Pol İns deyib ki, Mersisayd klubunun hücumçusu Məhəmməd Salah texniki baxımdan yüksək səviyyəli oyunçu deyil.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Salahın texniki komponentdə lider olmadığını bildirib:

“O, yüksək səviyyəli qolçudur? Bəli! Hesab edirəm ki, bu mənada statistika öz sözünü deyir. Amma texniki komponentə gəlincə, Salahın bu baxımdan lider olduğunu deməzdim. Dediyim odur ki, Salah bəzən topu rəqibin cərimə meydançasına daxil etmək lazım olanda, o qədər də yaxşı idarə etmir. Amma bombardirlik keyfiyyətlərindən danışsaq, bəli, əlbəttə ki, Məhəmməd dünya səviyyəlidir futbolçudur”.

Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. 31 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 23 qol vurub və 13 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button