“Ayaks” Duşan Tadiçlə bağlı qərarını açıqladı – RƏSMİ
Hollandiyanın “Ayaks” klubu hücumçusu Duşan Tadiçlə bağlı qərarını verib.
Komanda.az xəbər verir ki, tərəflər yeni müqaviləyə imza atıblar. Yeni anlaşmaya əsasən, serbiyalı forvard 2023-cü ilə qədər bu klubun uğurları üçün çalışmağa davam edəcək.
Müqaviləyə xüsusi maddə də əlavə olunub. Belə ki, razılığa görə, Tadiç 2023-cü ildən etibarən “Ayaks”ın akademiyasında uşaq məşqçisi kimi fəaliyyətə başlayacaq və azı 2026-cı ilə qədər bu vəzifədə çalışacaq.
30 yaşlı hücumçu geridə qalan mövsümdə “Ayaks”da 56 oyuna çıxıb, 36 qol vurub. Bu üzdən də onun başqa Avropa nəhənglərindən hansınasa transferi gündəmdə idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin