“Kəpəz”in gürcü futbolçusu “Zirə” ilə oyunu buraxacaq
“Kəpəz”in gürcüstanlı futbolçusu Georgi Papunaşvili Azərbaycan Premyer Liqasının 27-ci turunda “Zirə” ilə keçiriləcək səfər oyununu buraxacaq.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.
Papunaşvili ilə yanaşı, Elçin Əlicanov da məşqçilər korpusunun sərəncamında olmayacaq. 25 yaşlı müdafiəçi sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.
Bu gün keçiriləcək “Zirə” – “Kəpəz” oyunu saat 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin