“Qarabağ”ın rəqibi “Bayern”in rekordunu yeniləyib

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi “Bayer” (Leverkuzen) Almaniya komandaları arasında yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, Xabi Alonsonun baş məşqçisi olduğu komanda buna Bundesliqanın 23-cü turunda “Maynts”a qalib gəlməklə (2:1) nail olub.

Leverkuzen təmsilçisinin məğlubiyyətsiz oyunlar seriyası 33-ə (29 qələbə, 4 heç-heçə) çatıb.

Beləliklə, komanda “Bayern”in nailiyyətini geridə qoyub. Münhen təmsilçisi 2019-2020-ci illərdə Hans-Diter Flikin rəhbərliyi altında ardıcıl 32 matçda uduzmayıb.

“Bayer” hazırda 61 xalla liderdir. Rəqibindən 1 oyun az keçirən “Bayern” 50 xalla ikinci sıradadır.

“Qarabağ”la “Bayer” arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button