“Bayern”in yeni futbolçusu sıradan çıxıb

“Bayern”in müdafiəçisi Saşa Boe zədələnib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu komandanın məşqi zamanı sıradan çıxıb. 23 yaşlı oyunçu artıq tibbi müayinədən keçib və onun bud nahiyəsində zədə aşkarlanıb. 

Saşanın yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb. Amma onun bir neçə həftə oynamayacağı bildirilib. 

Saşa Boe bu qış “Qalatasaray”dan “Bayern”ə 30 milyon avroya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button