
Basketbol: “Sərhədçi” səfərdə “Gəncə”ni məğlub edib
Azərbaycan Basketbol Liqasında 14-cü turun daha bir oyunu keçirilib.
Komanda.az xəbər verir ki, günün yaganə matçında “Gəncə” “Sərhədçi”ni qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 78:72. Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran “Sərhədçi” 6-cı pilləyə yüksəlib. Meydan sahibləri 16 xalla 9-cudur.
Tura fevralın 11-də “NTD İndiqo” – “Xırdalan” görüşü ilə yekun vurulacaq. Daha əvvəl “Neftçi” “Sabah”ı (101:87), “Xəzri” “Şəki”ni (94:85), “Sumqayıt” “Cəlilabad”ı (109:99) məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



