Türkiyə futbol tarixində bir ilk
“Qalatasaray”dan Almaniyanın “Bayern” klubuna transfer olunan Saşa Boe Türkiyə futbol tarixinə düşüb.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, fransalı müdafiəçi Türkiyədən xarici kluba ən yüksək məbləğə satılan futbolçu ünvanını ələ keçirib.
23 yaşlı oyunçunun transferi İstanbul təmsilçisinə 30 milyon avro qazandırıb. “Qalatasaray” bununla “Beşiktaş”ın ən baha qiymətə oyunçu satma rekordunu yeniləyib. “Ağ-qaralar” 2018-ci ildə Cenk Tosunu 22 milyon avro müqabilində İngiltərənin “Everton” klubuna yola salmışdı.
Türkiyə klublarının ölkə xaricinə ən baha qiymətə satdıqları 10 futbolçu:
1. Saşa Boe (“Qalatasaray”dan “Bayern”ə): 30 milyon avroya
2. Cenk Tosun (“Beşiktaş”dan “Everton”a): 22 milyon
3. Arda Gülər (“Fənərbağça”dan “Real”a): 20 milyon
4. Kim Min-Jae (“Fənərbağça”dan “Napoli”yə): 18,05 milyon
5. Vedat Muriqi (“Fənərbağça”dan “Latsio”ya): 17,5 milyon
6. Yusuf Yazıcı (“Trabzonspor”dan “Lill”ə): 16,5 milyon
7-9. Badu Ndiaye (“Qalatasaray”dan “Stok Siti”yə): 16 milyon
7-9. Elif Elmas (“Fənərbağça”dan “Napoli”yə): 16 milyon
7-9. Moussa Sou (“Fənərbağça”dan “Əl-Əhli”yə): 16 milyon
10. Elvir Baliç (“Fənərbağça”dan “Real”a): 15,6 milyon
Saşa Boe “Bayern” ilə 4,5 illik müqavilə bağlayıb. Futbolçunun çıxışına görə “Qalatasaray” daha 5 milyon avro bonus qazana bilər.
Bizi Facebook-da izləyin